ABŞ-da "Fələstin" üsyanı: 33 nəfər saxlanılıb

23:56 8 May 2024

ABŞ-nin paytaxtı Vaşinqtondakı Corc Vaşinqton Universitetində (GWU) Fələstinə dəstək məqsədilə qurulan çadır düşərgəsi yığışdırılıb, 33 nümayişçi saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə ilə bağlı Vaşinqton meri Muriel Bouzer və polis rəisi Pamela Smit bildirib ki, tələbələrə ifadə azadlığı hüquqlarından istifadə etmək üçün kifayət qədər imkan yaradılıb. Dinc şəkildə başlayan və son günlərdə davam edən nümayişlər şiddətə çevrilməyə başladığından müdaxilə etmək qərarına gəlinib. Buna görə də polislər müəyyən müddətdən sonra ictimai təhlükəsizliyi qorumaq kimi konstitusiya borclarını yerinə yetirərək çadır şəhərciyini təmizləyiblər.

Türkan

Sitat.info



Xəbər xətti