Ermənistan ordusunun Tavuş istiqamətində dayandığı əlverişli mövqelər Azərbaycan ordusunun nəzarətinə keçib. Bu mövqelər bizə yüksək taktiki-strateji üstünlüklər verirdi. Həmin mövqelər Ermənistan tərəfindən minalardan təmizlənərək, təhvil verilib.
Sitat.info Publika.az-a istinadla xəbər verir ki, bu barədə erməni hərbi ekspert Van Hambardzumyan deyib.
Onun sözlərinə görə, Azərbaycan bir güllə belə atmadan bu mövqeləri nəzarətə götürdü:
“Hazırda həmin istiqamətdə Azərbaycan ordusu bütöv bir dağ silsiləsinin başında mövqelənib. Fikrimcə, baş verənlər kapitulyasiyadır. Əslində Azərbayca tezliklə anklavlara yaxınlaşacaq. İndi proses sərhəd bölgəsində gedir, lakin 4 kəndin qaytarılması hər şeyin bitməsi yox, başlanmasıdır”.