Ukraynada bu məhbuslar səfərbərliyə cəlb olunacaq

12:58 9 May 2024

Mayın 8-də Ukrayna Ali Radası məhbusların könüllü səfərbərliyi haqqında qanun qəbul edib.

Sitat.info xəbər verir ki, bu barədə Ali Radanın dövlət hakimiyyətinin təşkili, yerli özünüidarəetmə, regional inkişaf və şəhərsalma komitəsinin sədri Yelena Şulyak bəyan edib.

Onun sözlərinə görə, qəsdən adamöldürmə, zorlama törətmiş və pedofil şəxslərlə yanaşı, Ukraynanın milli təhlükəsizliyin əsaslarına qarşı çıxan korrupsionerlər, həmçinin xüsusi məsul vəzifə tutmuş şəxslər – xüsusilə deputatlar və nazirlər Ukrayna Silahlı Qüvvələrinin sıralarına daxil ola bilməzlər.

O qeyd edib ki, qəbul olunmuş qanun layihəsinin son versiyasında Ukrayna Silahlı Qüvvələrinin sıralarında xidmət üçün qəsdən qətl törətməyənlərin şərti olaraq azad edilməsinə icazə verilib.



Xəbər xətti