İsrail nazirindən qalmaqallı tələb: Tamamilə işğal olunsun

14:03 9 May 2024

İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich, ABŞ prezidenti Co Baydenin İsrailin Rəfaha qurudan hücumuna reaksiya verdikdən sonra Təl-Əvivi qurudan hücuma keçdiyi şəhəri "tamamilə işğal etməyə" çağırıb.

Sitat.info xəbər verir ki, İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich, İsrailin Rəfaha qurudan hücumuna münasibət bildirən Baydenin sözləri ilə bağlı açıqlama verib.

İsrailin müstəqillik savaşının hələ bitmədiyini iddia edən Smotrich, oktyabrın 7-dən bəri humanitar fəlakətə səbəb olan Qəzzaya hücumların davam etdirilməsini və ölkənin cənubundakı Rəfah şəhərinin tam işğal edilməsini istəyib. 

İfrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Qvir də Baydenin sözlərinə “Həmas Baydeni sevir” deyərək reaksiya verib. 

Kənan Yusif 

Sitat.info



Xəbər xətti