806-cı gün: Rusiya Ukraynanın itkilərini yenilədi

17:30 9 May 2024

Rusiya müharibənin 806-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. 

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 594 təyyarəsi, 270 helikopteri, 23 856 PUA-sı, 512 zenit-raket kompleksi, 15 960 tank və digər zirehli texnikası, 1 280 reaktiv yaylım atəş sistemi, 9 415 artilleriya və minaatanı, 21 563 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.



Xəbər xətti