Rusiya Zelenskini axtarışda olanlar siyahısından çıxardı

18:10 9 May 2024

Ukrayna Prezidenti Vladimir Zelenski və keçmiş prezident Pyotr Poroşenkonun adları Rusiya Daxili İşlər Nazirliyinin axtarışda olanlar siyahısından çıxarılıb.

Sitat.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, məlumat bazasında ukraynalı siyasətçiləri tapmaq istəyərkən sistem “sizin sorğunuz üçün heç bir məlumat yoxdur” mesajını göstərir.

Zelenski və Poroşenkonun adlarının siyahıdan çıxarılmasının səbəbləri barədə məlumat verilməyib.

Qeyd edək ki, Rusiya DİN Ukrayna Prezidenti Vladimir Zelenski və keçmiş dövlət başçısı Pyotr Poroşenkonu axtarışa vermişdi.



Xəbər xətti