Meksikada isti hava ölkəyə mənfi təsir edib

21:32 9 May 2024

Meksikada isti hava dalğası səbəbindən elektrik enerjisinə tələbat artıb. Nəticədə 32 ştatdan 21-i işıqsız qalıb.

Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Beş saata qədər davam edən elektrik enerjisinin kəsilməsi su təchizatı və siqnalizasiya sistemlərində də problemlər yaradıb. 

Milli Su Komissiyasının (CONAGUA) məlumatına görə, paytaxt Mexiko və ətrafı üçün əhəmiyyətli içməli su mənbəyi olan "Cutzamala" sistemindəki su anbar səviyyəsi 31 faizdən aşağı düşüb.

Mütəxəssislər bu səviyyəni "kritik dərəcədə aşağı" kimi qiymətləndiriblər.

Milli Meteoroloji Xidmət (SMN) xəbərdarlıq edib ki, 20 ştatda temperatur 40 dərəcəni keçəcək.

Türkan 

Sitat.info



Xəbər xətti