Vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yaponiyaya səfər edəcək

13:44 10 May 2024

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Yaponiyaya səfər edəcək.

Sitat.info xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi Tokioda keçirdiyi mətbuat konfransında bildirib.

"Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman mayın 20-dən 23-dək Yaponiyada dövlət səfərində olacaq. Səfər zamanı onu İmperator Naruhito qəbul edəcək, baş nazir Fumio Kişida da onunla görüşəcək. Ümid edirik ki, bu səfər ikitərəfli əlaqələri gücləndirəcək", - deyə Y.Hayaşi əlavə edib.

Yaponiya və Səudiyyə Ərəbistanı 2025-ci ildə diplomatik əlaqələrin qurulmasının 70 illiyini qeyd edəcək. Vəliəhdin səfəri bu tarixə təsadüf edir.



Xəbər xətti