İrəvanda mitinq: Baqratın Nikola verdiyi vaxt bitdi

15:16 10 May 2024

Azərbaycanla delimitasiyaya qarşı olan “Vətən uğrunda Tavuş” adlı hərəkatın tərəfdarları İrəvanın Respublika meydanında mitinqə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, Ermənistan polisi İrəvanın mərkəzindəki Respublika meydanındakı hökumət binalarına xeyli qüvvə toplayıb. Ermənistan hökumətinin və qonşu nazirliklərin binalarının girişləri mühafizəyə götürülüb.

Bildirilib ki, mitinq iştirakçıları Respublika meydanının demək olar ki, hər yerini tutublar.

***

Arxiyepiskop Baqrat Qalstanyan minlərlə adamın iştirak etdiyi mitinqdə Baş nazir Nikol Paşinyana istefa verməsi üçün bir saat vaxt verib.

Bu barədə TASS məlumat yayıb.

“Paşinyanın istefasını tələb edirik. Bir saat ərzində görüşməyə və istefa üçün bütün şərtləri müzakirə etməyə hazıram", - Baqrat bildirib.

***

Ermənistan Baş naziri Paşinyana "verilən vaxt" başa çatıb.

Arxiyepiskop mübarizənin davam etdiriləcəyini, parlament fraksiyaları ilə Paşinyanın istefasına nail olmaq yollarını müzakirə edəcəyini bildirib.

O, bu gecəni Respublika meydanında keçirəcəyini bildirib.



Xəbər xətti