Naxçıvan şəhərində iki nəfər göldə boğularaq ölüb.
Sitat.info APA-ya istinadən xəbər verir ki, hadisə dünən gecə saatlarında baş verib.
Astara rayonu Pensər kənd sakinləri olan 2005-ci il təvəllüdlü Fəttah Zəkəriyəyev və 2006-cı il təvəllüdlü Əli Mehrəliyev gecə saatlarında Naxçıvan şəhərində yerləşən “Bazar gölü”nə düşüb və boğulublar.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları meyitləri sudan çıxarıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb ediliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, hər iki gəncin Naxçıvanda təhsil aldıqları bildirilir. Onlar Naxçıvan Dövlət Universitetinin tələbələri olub.
***
Naxçıvanda iki nəfərin boğularaq ölməsi ilə bağlı araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Naxçıvan şəhəri ərazisində yerləşən bazar gölündə iki nəfər şəxsin - 2005-ci il təvəllüdlü Əli Şahin oğlu Mehrəliyev və 2006-cı il təvəllüdlü Fəttah Eyvaz oğlu Zəkəriyayevin suda boğularaq ölmələri faktı üzrə Naxçıvan şəhər prokurorluğunda araşdırma aparılır.