NATO sammitinin tarixi elan edildi

10:38 11 May 2024

Şimali Atlantika Alyansının (NATO) sammiti iyulun 9-11-də Vaşinqtonda keçiriləcək.

Sitat.info xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, sammit NATO-nun baş katibi Yens Stoltenberqin sədrliyi ilə baş tutacaq.

Proqramın daha sonra açıqlanacağı qeyd olunur.

Bundan əvvəl Qərb KİV-ləri NATO ölkələrinin iyulda keçiriləcək sammitdə Ukraynadakı münaqişəyə birbaşa müdaxilədən imtina ilə bağlı bəyannaməni təsdiqləyəcəyini yazmışdı.



Xəbər xətti