Sumqayıtda 18 yaşlı qızı maşın vurub öldürdü

16:00 11 May 2024

Sumqayıtda 18 yaşlı qızı maşın vurub.

Sitat.info verir ki, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb.

Belə ki, 2006-cı il təvəllüdlü Aydan Cabir qızı Əbilovanı “Şevrolet Krus” marakalı avtomobil vurub.

Sürücü yaralını xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti