Hindistanın Mumbay şəhərində baş verən qasırğa nəticəsində 8 nəfər ölüb, 59 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, təbii fəlakət səbəbindən 30 metr hündürlüyündə reklam lövhəsinin yanacaqdoldurma məntəqəsinin üzərinə aşmasına nəticəsində çox sayda insan avtomobillərində sıxışıb qalıb.
Mumbay hava limanında zəif görmə səbəbindən uçuşlar qısa müddətə dayandırılıb. Metro və qatar xidmətlərində fasilələr olsa da, axtarış-xilasetmə qruplarının xilasetmə işləri davam edir.
Türkan
Sitat.info