XİN Ermənistanla sülh üçün şərtləri açıqladı

14:34 14 May 2024

 

AZ

EN

RU

Ana səhifə

Ölkə

COP29

Qərbi Azərbaycan

Diaspor

Parlament

Təhsil

Hadisə

İqtisadiyyat

İdman

Analitika

Qarabağ

Aktual

Müsahibə

Reportaj

Media

Fotosöhbət

Dünya

Mədəni̇yyət

Ədəbi̇yyat

Son xəbərlər

Foto və Video

Redaksiya siyasəti

Əlaqə

Modern.az Facebook səhifəsi

Modern.az Instagram səhifəsi

Modern.az Teleqram kanalı

Modern.az Youtube kanalı

Modern.az Whatsapp nömrəsi

Modern.az Twitter səhifəsi

Modern.az reklamınız burada

Rəsmi Bakı Ermənistanla sülh üçün şərtləri AÇIQLADI

Rəsmi Bakı Ermənistanla sülh üçün şərtləri AÇIQLADI

Ölkə 14 May 2024, 13:22

Mən bu gün regiondakı post-münaqişə reallıqları barədə ATƏT sədrinə məlumat verdim.

Sitat.info xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri Yan Borqla birgə mətbuat konfransında deyib.

“Bu istiqamətdə hesab edirik ki, iki ölkə arasında ikitərəfli danışıqların olması müsbət formatdır. Son 6 ayda bu istiqamətdə xeyli iş görülüb. Apreldə iki ölkə arasında sərhədin bir hissəsində delimitasiya prosesinə start verilməsini, 4 kəndin qaytarılmasını müsbət inkişaf kimi qeyd edə bilərik”, – nazir əlavə edib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında son zamanlarda baş verən müsbət inkişafı tarixi nəticə adlandırmaq olar.

“Bunun ən böyük nəticəsi ondan ibarətdir ki, bu proses iki dövlət arasında birbaşa danışıqlar yolu ilə, siyasi-diplomatik yolla həyata keçirilib”, - Ceyhun Bayramov deyib.

Nazir onu da bildirib ki, bu, prosesin digər effekti ondan ibarətdir ki, bu istiqamətdə ciddi nailiyyətlərin əldə olunması üçün siqnaldır: “Ümidvarıq ki, işlər müsbət məcrada davam edəcək”.

XİN başçısı qeyd edib ki, Münhendə, Berlində, Almatıda tərəflər arasında danışıqlar aparılıb: "Bu, olduqca mürəkkəb və lazımlı prosesdir. Sülh sazişi Azərbaycan tərəfi üçün ədalətli və beynəlxalq hüquqa əsaslanan, gələcəkdə hansısa şübhəli məqamları masa üzərinə gətirmək məqamlarını istisna edən saziş olmalıdır. Eləcə də, sözsüz, qarşı tərəfin də gözləntilərini nəzərə alır, qarşılıqlı həll yolları üçün çalışırıq. Almatı danışıqları növbəti bir addım olub. Bu böyük addımdır, ya kiçik, bunu yalnız prosesin sonunda biləcəyik. Amma deyim ki, bu, prosesin önəmli bir hissəsidir. Bunu biz mətbuata açıqlama zamanı da bildirmişdik ki, tərəflər danışıqların davam etdirilməsi barədə razılıq əldə ediblər. Düşünürəm ki, yaxın gələcəkdə bunun şahidi olacağıq”



Xəbər xətti