İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub.
Sitat.info xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-ya bildirilib.
Məlumata görə, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.
1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü Elsevər Eldar oğlu İslamov tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib.
Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Hazırda araşdırma aparılır.
Qeyd edək ki, Natiq Mehdi Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub.