Gürcüstan parlamenti hakim “Gürcü Arzusu” partiyasının təqdim etdiyi “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini üçüncü oxunuşda qəbul edib.
Sitat.info xəbər verir ki, qanun layihəsinin lehinə 84, əleyhinə 30 deputat səs verib.
Sənəd imzalanmaq üçün prezidentə təqdim olunacaq.