ABŞ Ukraynaya 2 milyard dollar hərbi yardım edəcək - Blinken

16:19 15 May 2024

Birləşmiş Ştatların dövlət katibi Entoni Blinken ABŞ-ın Ukraynaya 2 milyard dollarlıq xarici hərbi maliyyə yardımı etdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Blinken bunu Kiyevdə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ümumi məbləği 60 milyard dollar olan əlavə yardımın birinci paketindən hərbi dəstək artıq Ukraynaya gedir. Həmçinin Blinken əmin edib ki, bəzi şeylər artıq Ukraynaya çatdırılıb.

"Ancaq bu gün mən Ukraynaya əlavə 2 milyard dollarlıq xüsusi hərbi maliyyə ayıracağımızı elan etməklə ümumi məbləğə əlavə etmək istəyirəm", - ABŞ dövlət katibi vurğulayıb.

Xüsusilə, Blinkenin qeyd etdiyi kimi, bu vəsait üç komponentdən ibarət olan müdafiə müəssisələrinin ilkin fonduna ayrılacaq. Onlardan biri silah təminatına aid olacaq. Buna görə də ABŞ, Ukraynaya bu silahları almağa kömək edəcək”, - deyə siyasətçi bildirib.

Bundan əlavə, ikinci komponent Ukraynanın ehtiyac duyduğu şeyi istehsal etmək, həm də başqaları üçün istehsal etmək qabiliyyətini daha da gücləndirmək üçün Ukraynanın müdafiə sənayesi kompleksinə sərmayə qoyuluşunu əhatə edəcək.

Eyni zamanda, üçüncü komponent Ukraynanın bu fonddan digər ölkələrdən hərbi texnika almaq üçün istifadə etməsini nəzərdə tutur.

Nərgiz,

Sitat.info



Xəbər xətti