Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) karyerasını başa vurub.
Sitat.info xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
O, bundan sonra məşqçi kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Taleh Məmmədov Avropa ikincisi və dünya üçüncüsüdür.