Quterreş: Rifaha hər hansı hücum qəbuledilməzdir

18:44 16 May 2024

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterres İsrailin Qəzzaya qarşı müharibəsinin bütün bölgəyə yayıla biləcəyi xəbərdarlığını edərək, İsrail ordusunun Rəfaha hücumunun qəbuledilməz olduğunu bildirib.

Sitat.info xəbər verir ki, Quterreş Bəhreynin paytaxtı Manamada keçirilən Ərəb Liqasının 33-cü Sammitinin açılış sessiyasında çıxış edib.

BMT baş katibi İsrailin Qəzzaya hücumlarının bölgədə yayılma riskinə diqqət çəkərək deyib:

"Qəzzadakı müharibə bütün bölgədə infeksiyaya səbəb ola biləcək açıq bir yaradır".

Kənan Yusif 

Sitat.info



Xəbər xətti