Qəzzada ölənlərin sayı 35 min 303-ə yüksəlib

12:37 17 May 2024

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı son 24 saatda 31 nəfər artaraq 35 min 303-ə çatıb.

Sitat.info xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 224 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 4 qırğın törətdiyi, bu hücumlarda daha 31 fələstinlinin həyatını itirdiyi, 56 fələstinlinin isə yaralandığı bildirilib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti