Nazir idarə rəisini işdən çıxardı

16:50 17 May 2024

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə vəzifəsindən azad olunub.

Sitat.info İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə o, Mədəniyyət Nazirliyinin Daxili nəzarət və audit şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinin icrası isə rəis müavini Həsrət Şabiliyə həvalə olunub.



Xəbər xətti