Kanadada TikTokla bağlı çağırış edilib

22:10 17 May 2024

Kanada Təhlükəsizlik Kəşfiyyatının direktoru David Vigneault, TikTok sosial media platformasının Çin hökuməti üçün bir məlumat kanalı olduğunu əsas gətirərək istifadə edilməməsinə çağırıb. 

Sitat.info xəbər verir ki, bu barədə CBC News-a Təhlükəsizlik Kəşfiyyatının (CSIS) direktoru Devid Vigneault danışıb.

David Vigneault, TikTok-un Çin hökuməti üçün bir məlumat kanalı olduğu səbəbiylə istifadə edilməməsi lazım olduğunu vurğulayaraq deyib: "Bir direktor olaraq cavabım odur ki, Çin hökumətinin ətrafdakı hər kəsdən şəxsi məlumat almaq üçün çox dəqiq bir strategiyası var".

Kənan Yusif 

Sitat.info



Xəbər xətti