Ukrayna ABŞ-dan kömək istədi

11:22 18 May 2024

Ukrayna ABŞ-dan Rusiya ərazisində Amerika silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağı xahiş edib.

Sitat.info xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.

İddia olunur ki, Kiyev Rusiya ərazisində Ukrayna silahları ilə zərbə endirmək üçün hədəflərin müəyyən edilməsində də kömək istəyir.

Müraciət ötən həftə daxil olub və hazırda baxılır. Nəşr yazır ki, Kiyev Rusiya ordusunun uğurları fonunda Vaşinqtona üz tutub. WSJ hesab edir ki, ABŞ-ın razılığı Ağ Evin siyasətində böyük dəyişiklik demək olacaq.



Xəbər xətti