Bu ilin may ayı ərzində azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunlarının hissə və bölmələrinin fəaliyyəti nəticəsində 254 hektardan çox ərazi minalardan tam təmizlənib.
Sitat.info-ya xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İşğaldan azad edilmiş ərazilərdə bu günə kimi mühəndis-istehkam bölmələri tərəfindən 37 583 hektar ərazi mina və partlamamış döyüş sursatlarından təmizlənib. Ümumilikdə 10 463 ədəd piyada əleyhinə, 3318 ədəd tank əleyhinə mina və 12 814 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.
Əsas səylərin azad edilmiş ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldildiyi mühəndis təminatı üzrə zəruri tədbirlər plana uyğun davam etdirilir.