Son sutkada cəmi 3 nəfər koronaya yoluxdu

16:40 18 Aprel 2022

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, xəstəlikdən ölən olmayıb.

İndiyədək ölkədə ümumilikdə 792 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 533 nəfər müalicə olunaraq sağalıb, 9 706 nəfər vəfat edib. 126 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 954, bu günə qədər isə ümumilikdə 6 771 851 test icra olunub.



Xəbər xətti