Avropa İttifaqı İran prezidenti İbrahim Rəisinin qəzaya düşməsi ilə bağlı məlumat yayıb.
Sitat.info xəbər verir ki, qəza ilə bağlı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel açıqlama verib.
O bildirib ki, Aİ üzv dövlətlər və tərəfdaşlarla birlikdə vəziyyəti diqqətlə izləyir:
"İran Prezidenti və xarici işlər nazirini daşıyan helikopterin gözlənilmədən yerə enmək məcburiyyətində qalması və onların vəziyyətinin hələ bəlli olmadığı barədə məlumat yayılıb. Aİ-yə üzv dövlətlər və tərəfdaşlarla birlikdə vəziyyəti diqqətlə izləyirik".