İran prezidenti İbrahim Rəisi və İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahianı daşıyan helikopter İran-Azərbaycan sərhədi yaxınlığında sərt eniş edib.
İtkin düşənlərlə əlaqə yoxdur. Yaranmış vəziyyətlə əlaqədar ölkə hakimiyyəti fövqəladə iclaslar keçirir.
Sitat.info baş verənlərlə bağlı əsas məlumatları toplayıb.
Tasnim xəbər verir ki, İran prezidenti İbrahim Rəisini daşıyan helikopter İranın Şərqi Azərbaycan əyalətinin Uzi kəndi yaxınlığında sərt eniş edib. Təyyarədə həmçinin İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və bir sıra digər İran rəsmiləri də olub.
İran prezidentinin kortejindən olan üç helikopterdən ikisi təhlükəsiz şəkildə təyinat yerinə çatıb, onlar İranın energetika naziri Əli Əkbər Mehrabiyanı və şəhərsalma naziri Mehrdad Bəzrpaşı aparırmış.
Sərnişinlərin vəziyyəti ilə bağlı ziddiyyətli məlumatlar var.
İranın Mehr agentliyi Rəisinin sağ olması və kortejlə ölkənin şimal-qərbindəki Təbriz şəhərinə getməsi barədə məlumat yayıb.
Bir müddət sonra bu məlumat agentliyin saytından silinib.
Adını açıqlamayan İran rəsmisi Reuters-ə bildirib ki, prezidentin və xarici işlər nazirinin həyatı “risk altındadır. Helikopterin eniş yerindən gələn xəbərlər çox ciddi narahatlıq doğurur”.
Nərgiz,
Sitat.info