Şərurlu İsfəndiyar saxlanılıb? - Özü danışdı

21:40 19 May 2024

Bu gün "Şərur" MTK-nin sahibi, "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Sitat.info-nun əməkdaşı "Şərurlu İsfəndiyar"la əlaqə saxlayıb, məlumatı dəqiqləşdirib. 

Ş.İsfəndiyar bunları deyib: 

"Polisə çağırılmamışam, özüm gedib izahat yazmışam. Bir neçə qazi, müharibə iştirakçısı bir məsələ ilə bağlı mənə böhtan atırdılar. Başqa bir qadının adından danışaraq, hədələyirdilər. Hətta şirkətin qarşısında etiraz da elədilər. Məqsədləri məni şantaj edib, nəsə əldə etmək idi. Özüm Binəqədi Rayon Polis İdarəsində onların haqqında şikayət etdim". 
 

Seymur,
Sitat.info



Xəbər xətti