Əli Xameneidən Rəisi haqqında ilk açıqlama: “İran xalqı narahat olmasın”

21:53 19 May 2024

İranın ali dini lideri Xamenei İran prezidenti İbrahim Rəisinin helikopterinin qəzaya uğramasından sonra açıqlama verib.
 

Sitat.info xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei İranın paytaxtı Tehranda İnqilab Keşikçiləri Ordusunun üzvlərinin ailələri ilə görüşündə İran prezidenti İbrahim Rəisinin helikopter qəzası ilə bağlı ilk dəfə danışıb: “Uca Allaha dua edirəm ki, cənab Prezident və onun yanındakıları millətimizə bağışlasın. İran xalqı narahat olmasın, ölkənin idarəetməsində heç bir axsama olmayacaq".

İranın baş qərargah rəisi Bakıri, Rəisi və onu müşayiət edən şəxsləri daşıyan helikopterin tapılması üçün bütün vasitə, avadanlıq və imkanlardan istifadə etməyi tapşırıb.

Baqeri deyib: "İran Silahlı Qüvvələri, İnqilab Keşikçiləri Ordusu və hüquq-mühafizə qüvvələrinin bütün vasitə, texnika və imkanları prezidentin helikopterinin tapılması və axtarış-xilasetmə əməliyyatları üçün istifadə edilməlidir".

Məğrur,

Sitat.info



Xəbər xətti