Bu gün-sabah Azərbaycan polisi Xankəndidə öz qaydalarını tətbiq edəcək" - Erməni politoloq

17:46 18 Aprel 2022

Ermənistanda artıq hamı dərk etməyə başlayıb ki, Bakı Qarabağda vəziyyəti tam olaraq öz nəzarətinə götürmək niyyətindədir.

SİTAT.İNFO xəbər verir ki, bu fikirləri erməni siyasi şərhçi Razmik Akopcanyan bildirib.

“Hazırda hər şey Azərbaycanın xeyrinə işləyir. Siyasi proseslər, Avropanın təbii qazdan asılılığı... İrəvanın bu təzyiq içində başı fırlandı, Bakı isə dividendlər yığdı.

“Moskva” kreyseri kimi Rusiyanın 3 gəmisi var idi. İndi ikisi qalıb. Bu, Kreml üçün həm hərbi, həm də psixoloji cəhətdən çox böyük zərbə oldu. Artıq Rusiyanın Qara dənizdə donanması yoxdur. Demək ki, rus əsgərləri Qarabağda yavaş-yavaş azalacaq və həmin ərazilərə Azərbaycan Ordusu daxil olacaq. Bu gün-sabah Azərbaycan polisi və əsgəri Xankəndidə öz qaydalarını tətbiq edəcək. Oradakı ermənilər isə sakitcə tabe olacaq”, - deyə o qeyd edib. (publika.az)



Xəbər xətti