Ərdoğan İrana başsağlığı verdi

12:00 20 May 2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və nümayəndə heyətinin vəfatı ilə bağlı başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.



Xəbər xətti