Moskva kosmosda zərbə silahlarının yerləşdirilməsinin qarşısını almaq üçün səylərini davam etdirəcək.
Sitat.info xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın öz kosmik sistemlərini modernləşdirmək planları barədə məlumatı şərh edərkən deyib.
“Biz öz tərəfimizdən kosmosda zərbə silahlarının yerləşdirilməsinin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik. Bu məqsədlə həm çoxtərəfli platformalarda, həm də digər ölkələrlə təmaslarda maksimum dərəcədə istifadə etdiyimiz müəyyən diplomatik vasitələr var”, - o bildirib.