Fələstin hökuməti: İsrail Cibaliyadakı məktəbləri və yaşayış mərkəzlərini qəsdən hədəfə alır

23:00 20 May 2024

Qəzza zolağındakı Fələstin hökuməti İsrail ordusunun Qəzzanın şimalındakı hücumlarında məqsədli şəkildə Cibaliyadakı məktəbləri və yaşayış mərkəzlərini hədəf aldığını açıqlayıb.

Sitat.info xəbər verir ki, hökumətin Media Ofisindən verilən açıqlamaya görə, İsrail ordusu Cibaliya Qaçqınlar Düşərgəsindəki mülki yaşayış yerlərinin ərazisini geniş şəkildə dağıdıb.

Açıqlamada İşğal ordusu məqsədyönlü şəkildə Cibaliya Qaçqınlar Düşərgəsində fələstinlilərin yerləşdiyi məktəbləri və yerləşdirmə mərkəzlərini hədəfə aldığı, həmçinin İsrailin qaçqın düşərgəsini havadan, qurudan və dənizdən ağır şəkildə bombaladığı bildirilib.

Kənan Yusif 

Sitat.info



Xəbər xətti