HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Qəzza zolağında baş verən qarşıdurmalarda çoxlu İsrail əsgərini öldürdüklərini və İsrail ordusuna məxsus maşınları məhv etdiklərini açıqlayıblar.
Sitat.info xəbər verir ki, Qəssam Briqadalarının Telegram hesabından edilən yazılı açıqlamada Qəzza zolağının şimalında yerləşən Cibaliya Qaçqınlar Düşərgəsində İslami Cihadın hərbi qanadı Qüds Səriyyə və İsrail ordusunun birgə hücumlar təşkil etdiyi bildirilib.
Açıqlamada, Fələstinli müqavimət döyüşçülərinin Cibaliya düşərgəsindəki Şəhid İmad Akl Məscidinin arxasında yerləşən İsrail əsgərləri ilə toqquşduğu, İsrail əsgərləri arasında ölən və yaralananların olduğu qeyd edilib.
Kənan Yusif
Sitat.info