Rəisi Azərbaycan parlamentində anıldı

14:27 21 May 2024

Milli Məclisdə helikopter qəzasında həlak olan İran Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və onları müşayiət edən şəxslərin xatirəsi anılıb.

Sitat.info xəbər verir ki, iclasda onların ruhu bir dəqiqəlik sükutla yad olunub.

“Dost və qardaş İran xalqına öz başsağlığımızı bildirirk. İran xalqına səbir və dözüm diləyirik”,- deyə Milli Məclisin spikeri Sahibə Qafarova bildirib.

Qeyd edək ki, bu gün – mayın 21-də Təbrizdə helikopter qəzasında həlak olmuş İran Prezidenti Seyid İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian ilə vida mərasimi keçirilir.

Təbrizdən sonra həlak olanların cənazələri paytaxt məscidində ümumi cənazə namazı üçün Tehrana göndəriləcək.

İbrahim Rəisi mayın 23-də doğulduğu Məşhəd şəhərindəki İmam Rza mavzoleyində dəfn olunacaq.

İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahian mayın 19-da Şərqi Azərbaycan əyalətinin şimal-qərbində helikopterin qəzaya uğraması nəticəsində həlak olublar olublar.

Prezident və xarici işlər nazirilə yanaşı, helikopterdə olan Şərqi Azərbaycan valisi Malek Rahmati, Təbriz şəhərinin cümə namazı rəhbəri Seyid Məhəmməd Əli Haşimi və prezidentin mühafizə dəstəsinin üzvü Mehdi Musəvi də ölüblər. Ümumilikdə 8 nəfər həlak olub.



Xəbər xətti