Polşada 9 nəfər Rusiya kəşfiyyat xidmətlərinin sifarişi ilə təxribat törətməkdə ittiham edilərək həbs edilib.
Sitat.info xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk deyib.
“Bu, döyülmə, yanğın və yanğına cəhdlə bağlıdır. Söhbət muzdlulardan gedir, onların bəziləri kriminal aləmin adamlarıdır. Həbs edilənlər arasında Ukrayna, Belarus və Polşa vətəndaşları da var”, - o bildirib.
Tusk təxribata misal olaraq Vrotslavdakı boya fabrikinin yandırılması cəhdini göstərib.
O, yanğının Rusiya xüsusi xidmət orqanları tərəfindən sifariş edildiyini deyib:
“Oxşar təxribat aktları Litva, Latviya və İsveçdə də həyata keçirilir”.