AB ölkələri Rusiyanın aktivlərindən əldə edilən gəlirin 90%-nin Ukraynanı silahla təmin etmək üçün xərclənməsi planını təsdiqləyib.
Sitat.info xəbər verir ki, Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski bildirib.
“Biz AB-də Rusiya Federasiyası Mərkəzi Bankının dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynaya yardım göstərmək üçün istifadəsini təsdiqləmişik, bu il 3 milyard avronun 90%-i Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yönəldiləcək”,- o bildirib.