Azərbaycanlı yazıçı ÜYT-nin katibi seçildi

16:27 21 May 2024

Ümumdünya Yazıçılar Təşkilatının (World Organization of Writers - WOW) onlayn keçirilən iclasında Azərbaycan yazıçısı Varis Yolçiyev qurumun 5 bölməsindən birinin - Türk dövlətləri və türkdilli xalqlar bölməsinin katibi seçilib.

Kult.az xəbər verir ki, iclasda təşkilati məsələlərə baxılıb və qurumun 2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək növbəti konqresi və 2025-ci il Ümumdünya WOW – LiFFt Ədəbiyyat festivalının hazırlıq mərhələsi müzakirə edilib.

Qeyd edək ki, Avropa, Asiya, Amerika və Afrika qitələri yazıçılarını təmsil edən Ümumdünya Yazıçılar Təşkilatının təşkilatçılığı altında WOW festivalları 2024-cü ilə kimi 4 dildə (ingilis, ispan, rus, ərəb) keçirilirdi və qurumun 4 müvafiq bölməsi fəaliyyət göstərirdi. 2024-cü ildə qara qitədə - Nigeriyada Nobel mükafatçısı Voye Şoyinkanın fəxri sədrliyi ilə keçirilən konqresdə 5-ci dil - türk dili də rəsmi festival dili statusu qazanıb və qurumun müvafiq olaraq Türk dövlətləri və türkdilli xalqlar bölməsi yaradılıb.



Xəbər xətti