818-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

18:06 21 May 2024

Rusiya müharibənin 818-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 601 təyyarəsi, 274 helikopteri, 24 464 PUA-sı, 523 zenit-raket kompleksi, 16 114 tank və digər zirehli texnikası, 1 306 reaktiv yaylım atəş sistemi, 9 717 artilleriya və minaatanı, 21 872 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

 



Xəbər xətti