İsrailin hücumlarını davam etdirdiyi Qəzza zolağında ölənlərin sayı 35 min 647-yə yüksəlib.
Sitat.info xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Açıqlamada İsrail ordusunun son 24 saat ərzində dinc əhaliyə qarşı 5 hücum təşkil etdiyi, 85 nəfərin həyatını itirdiyi, 200 nəfərin yaralandığı bildirilib.
Qeyd edək ki, yaralıların sayı 79 min 852-yə yüksəlib.
Türkan
Sitat.info