Roma Papasından İran prezidentinə başsağlığı mesajı

18:34 21 May 2024

Katoliklərin ruhani lideri və Vatikanın prezidenti Fransisk İran prezidenti, xarici işlər naziri Abdullahiyan və onu müşayiət edən rəsmilərin helikopter qəzasında həlak olması ilə bağlı Xamneyiyə başsağlığı verib.

Sitat.info xəbər verir ki, bu barədə Vatikandan açıqlama verilib.

Açıqlamaya görə, Papa başsağlığı mesajında həyatını itirənlərin ailələrinə və bu çətin zamanda İran xalqına mənəvi yaxınlığını ifadə edib.

Xatırladaq ki, Prezident Rəisi mayın 19-da İran-Azərbaycan sərhədində bəndin açılış mərasimində iştirak edib. Rəisi xarici işlər naziri Abdullahiyan və bəzi rəsmilərlə geri dönərkən helikopter qəzası keçirərək həlak olublar.

Türkan 

Sitat.info



Xəbər xətti