İsrail Norveç və İrlandiyadakı səfirlərini geri çağırdı

11:58 22 May 2024

İsrail Norveç və İrlandiyadakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Sitat.info xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri İsrael Katz "X" hesabında bildirib.

“Mən İsrailin İrlandiya və Norveçdəki səfirlərinin bu ölkələrin Fələstin dövlətini tanımaq qərarları fonunda məsləhətləşmələr üçün dərhal geri çağırmaq barədə təlimat vermişəm. Mən İrlandiya və Norveçə aydın və birmənalı mesaj göndərirəm: İsrail onun suverenliyinə xələl gətirən və təhlükəsizliyini təhlükə altına alanlar qarşısında səssiz qalmayacaq.

İspaniya da Fələstin dövlətini tanımaq niyyətinə əməl etsə, ona qarşı da oxşar addım atılacaq”, - İsrail XİN rəhbəri qeyd edib.

Qeyd edək ki, Norveç Fələstin dövlətini rəsmən tanıyıb. İrlandiya və İspaniya isə analoji addımı atmağa hazırlaşır.



Xəbər xətti