Zaxarova Simonyanı şeytan adlandırdı

13:20 22 May 2024

Qərbin təsiri altına düşən siyasətçilər sözün əsl mənasında şeytana çevrilirlər.

Sitat.info xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanın kilsənin niyə vergi ödəməməsi ilə bağlı sözlərinə belə münasibət bildirib.

Zaxarova Simonyanın “əlləri öpülən keşişi vergi ödəyən və orduya sursat alan adi iş adamından üstün edən nədir” məsələsinə hüquqi baxımdan yenidən baxmaq təklifinə diqqət çəkib.

“Niyə Qərbə xidmət etməyə başlayan insanlar sözün əsl mənasında şeytan olurlar?” - Zaxarova Telegram kanalında yazıb.



Xəbər xətti