Tuneldə qumbara aşkarlandı

13:37 22 May 2024

Ədliyyə Nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində İmamquliyev Nurlan Kamil oğluna məxsus 1 ədəd “RQM-D” markalı əl qumbarası və 1 ədəd “DVM” markalı partladıcı Gədəbəy şəhəri, X.Haqverdiyev küçəsində köhnə tunelin içərisində aşkar edilərək götürülüb.

Sitat.info xəbər verir ki, bu barədə Penitensiar xidmətdən bildirilib.

Faktla bağlı araşdırma aparılır.



Xəbər xətti