Abdullahian Rey şəhərində dəfn olunacaq

14:42 22 May 2024

Helikopter qəzasında həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian sabah Tehranın cənubundakı Rey şəhərində torpağa tapşırılacaq.

Sitat.info xəbər verir ki, bu barədə İranın “Mehr” Agentliyi məlumat yayıb.

Hüseyn Əmir Abdullahianla vida mərasimi cümə axşamı yerli vaxtla saat 09:00-da Xarici İşlər Nazirliyində keçiriləcək.

Abdullahianın nəşi sabah Rey şəhərindəki Əbdüləzim əl-Həsəninin (ə) məqbərəsinin yanında dəfn olunacaq.

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmi şəxslərin olduğu helikopter mayın 19-da hava şəraiti səbəbindən qəzaya uğrayıb. Helikopterdəki olan 9 nəfərin hamısı həlak olub.



Xəbər xətti