Ramiz Əsgərin dəfni: ABŞ-dakı oğlunu gözləyirlər

18:40 22 May 2024

Qardaşım Atillanın Amerikadan gəlməyini gözləyirik. Cənazə sabah günortadan sonra Jurnalistlər binasındakı evindən qaldırılacaq.

Bu barədə Axar.az-a mərhum tərcüməçi, professor Ramiz Əsgərin qızı Leyla Əsgərova məlumat verib.

Qeyd edək ki, bu gün vəfat edən Ramiz Əsgər Sumqayıt qəbiristanlığında mərhum həyat yoldaşı Solmaz Əsgərin yanında dəfn olunacaq.

25 may tarixində Heydər məcsidində 3 və 7 mərasimi keçiriləcək.

Xatırladaq ki, Atilla Əsgər NASA-da çalışır.



Xəbər xətti