Abdullahianla vida mərasimi keçirilir

11:38 23 May 2024

Helikopter qəzasında faciəvi şəkildə həyatını itirən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla vida mərasimi keçirilir.

Sitat.info xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilib ki, mərasim Tehranda yerləşən Şah Əbdül-Əzim abidə kompleksində baş tutur.

Mərasimdə İran dövlət rəsmiləri, XİN-in əməkdaşları və xarici ölkələrin nümayəndələri iştirak edirlər.

Mərasimdən sonra mərhum nazir Tehranın Şah Əbdül Əzim qəbiristanlığında dəfn ediləcək.



Xəbər xətti