Qəzza zolağında 35 mindən çox fələstinli öldürülüb

19:51 23 May 2024

İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatları nəticəsində Qəzza zolağında 35 800-dən çox insan həlak olub, 80 300-dən çox insan yaralanıb.

​​​​​Sitat.info xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, son 24 saat ərzində İsrailin Qəzza zolağında müxtəlif əraziləri bombalaması və atəşə tutması nəticəsində 91 fələstinli ölüb, 210 nəfər yaralanıb.

​​​​​​Türkan

Sitat.info



Xəbər xətti