Yunanıstan hökumətindən Fələstini tanıması tələb olunub

22:41 23 May 2024

Yunanıstandakı müxalifət partiyaları hökumətdən İspaniya, İrlandiya və Norveç kimi Fələstin dövlətini tanımağa qərar verməsini tələb ediblər.

Sitat.info xəbər verir ki, Yunanıstanda əsas müxalif Radikal Sol Alyansın (SYRIZA) yaydığı bəyanatda Fələstinin iki dövlətli həll yolunun dəstəkləndiyi və hökumətin bu mövzuda təşəbbüs göstərməyə çağırıldığı bildirilib.

Açıqlamada deyilir: “Yunanıstan hökumətinin bu məsələdə təşəbbüs göstərməsi üçün mübarizə aparırıq”.

Açıqlamada, Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olacağı və xalqın sülh içində yaşaya biləcəyi, Birləşmiş Millətlər Təşkilatının (BMT) qərarları və 1967-ci il sərhədləri əsasında iki dövlətli həll yolunu dəstəklədikləri qeyd edilib.

Kənan Yusif 

​​​​​​​Sitat.info



Xəbər xətti