Rusiya: Donetsk vilayətində Klaşçeyevka qəsəbəsini ələ keçirdik

22:46 23 May 2024

Rusiya Müdafiə Nazirliyi Donetsk vilayətindəki Klaşçeyevka qəsəbəsinin Rusiya ordusunun nəzarətinə keçdiyini bildirib.

Sitat.info xəbər verir ki, Nazirlikdən verilən açıqlamada Rusiya hərbi birləşmələrinin Rusiya-Ukrayna müharibəsindəki fəaliyyətləri barədə məlumat verilib.

Rusiya ordusunun Ukraynada döyüşlərini davam etdirdiyi bildirilən bəyanatda: “Cənub Hərbi Qrupunun bölmələri aktiv hərəkətlər nəticəsində Donetsk Xalq Respublikasının Klaşçeyevka (Klişeyevka) qəsəbəsini azad edib”, - deyə bildirilib. 

Kənan Yusif 

Sitat.info



Xəbər xətti